şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

"Qırmızı şeytanlar" Mourinyo ilə müqaviləni yeniləməyə hazırdır

21.12.2016 19:32 Oxundu 1807

"Mançester Yunayted" rəhbərliyi baş məşqçi Joze Mourinyonun müqaviləsini yeniləməyə hazırdır. Portuqaliyalı mütəxəsis də bunda maraqlıdır. 53 yaşlı çalışdırıcının müqaviləsi 2019-cu ildə başa çatmalıdır. Məlumata görə, yeni müqavilənin müddəti 2025-ci ilədək olacaq. Bu müqavilə imzalanacağı təqdirdə Joze Mourinyo 135 milyon avro qazanacaq.

Xatırladaq ki, "qırmızı şeytanlar" Premyer Liqanın 17 turundan sonra 30 xalla turnir cədvəlinin 6-cı pilləsindədir.