şənbə, 17 yanvar 2026

BİZİM FUTBOL

Koronadonun da AZAL ilə müqaviləsinə xitam verilib

22.12.2016 11:35 Oxundu 1793

Ölkə kubokunda mübarizəni dayandıran AZAL iki futbolçu ilə yollarını rəsmən ayırıb. "Təyyarəçilər"lə birgə "uçuşu" dayandıranlardan biri çinli müdafiəçi Brayn Fokdur. Komandanın baş məşqçisi Tərlan Əhmədova lazım olmayan futbolçu ölkəsinə yola salınıb. O biri isə Adan Koronadodur. Amerikalı futbolçunun AZAL ilə mövsümün sonuna qədər müqaviləsi olsa da, o, şəxsi problemlərini əsas gətirərək, komandadan ayrılmaq istəyib. Rəhbərlik də buna razı olub. Qarşılıqlı razılıq əsasında Koronadonun AZAL ilə müqaviləsinə xitam verilib.

Qeyd edək ki, Adan Koronado ölkə kubokunun ¼ final mərhələsinin cavab oyunları çərçivəsində dünən “Qəbələ” ilə matça start heyətində çıxmışdı.