1936
"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo bir sıra mətləblərə aydınlıq gətirib. O deyib ki, klubumuzun rəsmiləri mənim futbolu necə sevdiyimi yaxşı bilirlər: "Əgər günlərin bir günü onlar mənə müqavilənin müddətinin uzadılmasını təklif etsələr, bu barədə əsla düşünmərəm. Hətta mənə bununla bağlı məsləhət də lazım deyil. Müqaviləni imzalayar və öz sevimli işimlə məşğul olaram". Yeni trasferlərlə bağlı sualı isə o belə cavablandırıb: "Növbəti dəfə təkrar edirəm: komandamın hazırkı heyətindən razıyam. Hesab edirəm ki, transferlər üçün ən yaxşı vaxt yaydır. Amma baxaq görək ki, yanvarda nələr baş verəcək. İstənilən halda, "Mançester Yunayted" 3-4 futbolçu almayacaq. Əgər bizdən kimsə gedəcəksə, bu onun öz işidir".