şənbə, 17 yanvar 2026

BİZİM FUTBOL

İntizam Komissiyası sözünü dedi

22.12.2016 12:14 Oxundu 1897

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. İK Topaz Premyer Liqanın 14-cü turunda və Azərbaycan kubokunun 1/4 finalının cavab oyununda baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edib.

Topaz Premyer Liqasının XIV turunun “Qəbələ” – “Kəpəz” matçının 82-ci dəqiqəsində “Kəpəz” klubunun 36 №-li futbolçusu Renan da Silva ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Topaz Premyer Liqasının XIV turunun “Qarabağ” – “İnter” matçının 85-ci dəqiqəsində “Qarabağ” klubunu məşqçisi Ruben Selles texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 800 manat cərimə olunur(maddə 62).

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIV turunun “Qarabağ” – “İnter” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu olan “Zirə” – “Neftçi” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

Oyunun 64-cü dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunur (maddə 52).

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu olan AZAL – “Qəbələ” matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu olan “Kəpəz” – “İnter” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).