2065
Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Valentin Qranatkinin xatirə turnirində iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb. AFFA-nın rəsmi saytının məlumatına görə, U-19 yığmamıza 21 futbolçu dəvət edilib. Komanda əvvəlcə turnirə hazırlıq məqsədilə dekabrın 22-dən 30-na və 2017-ci il yanvarın 2-dən 7-dək Bakıda hazırlıq keçəcək. Toplanışa dəvət alan oyunçular bunlardı: Kamran İbrahimov, Rəhman Daşdəmirov, İbrahim Əliyev, Bahadur Həziyev, Pilağa Mehdiyev (hamısı “Neftçi”), Şahin Zəkiyev, Murad Qayalı, Yusif Həsənov, Ricat Qarayev, Ceyhun Muxtarlı, İbrahim Qədirzadə, Rafael Məhərrəmli (hamısı “İnter”), Murad Popov, Əli Sadıxov, Fərid Nəbiyev (hamısı “Qəbələ”), Xəqani Cəfərov (“Qarabağ”), Süleyman Əhmədov (“Sumqayıt”), Hüseyin Seyligli, Mətin Gülər, Ege Atlam (hamısı “Beşiktaş”, Türkiyə), Barış Əkinciər (“Rot-Veyss Essen”, Almaniya).