şənbə, 17 yanvar 2026

BİZİM FUTBOL

"Neftçi” Kazbek Tuayevi təbrik etdi

22.12.2016 14:02 Oxundu 2285

"Neftçi” PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayev və şura üzvü Səməd Qurbanov SSRİ çempionatının bürünc medallarının qazanılmasının 50 illiyi münasibətilə veteran futbolçu Kazbek Tuayevi təbrik ediblər. Tuayevə xatirə hədiyyəsi təqdim olunub. Xatırladaq ki, o zaman "Neftyanik” adlanan klub 1966-cı ildə SSRİ çempionatını 3-cü pillədə başa vurmuşdu. Hazırda Tofiq Bəhramovun adını daşıyan Respublika stadionunda baş tutmuş həlledici görüşdə komandamız Moskva "Spartak”ını 3:0 hesabı ilə məğlub etmişdi.