22.12.2016 14:24
2078
2078
Braziliyanın "Şapekoense" futbol klubuna Cənubi Amerika kuboku təqdim edilib. Kubok komandaya Libertadores kubokunun püşkatma mərasimi zamanı verilib. Mərasimin Paraqvayın paytaxtı Asunsonda keçirildiyi bildirilir. Kolumbiyanın "Atletiko Nasional" klubu isə Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) xüsusi "fair-play" mükafatı ilə təltif olunub.
Xatırladaq ki, göyərtəsində Amerika Kubokunun final görüşü üçün səfərə yollanan "Şapekoense" futbol klubunun heyətinin olduğu təyyarə noyabrın 29-da Medelina yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində digər sərnişinlərlə birgə komandanın 23 futbolçusu və məşqçiləri də dünyasını dəyişib.