2019
“Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş” ağır atletika üzrə beynəlxalq turnirdə ikinci və sonuncu yarış günüdür. Sayca 16-cı olan turnir olacaq və artıq ikinci dəfədir beynəlxalq status daşıyır.
Bu gün kişilərin mübarizəsində yaşı 20-yə qədər olan körpücük üzərinə çıxıblar. Avropa və dünya çempionatlarının qalib və mükafatçıları olmuş atletlərin çempionluq yarışı maraqlı alınıb. Sonda qızıl medal Volodimir Hozaya qismət olub. Ukraynalı atlet toplam 377 kq (172+205) çəkini ram edərək 422.94 xal toplayb və bütün rəqiblərini üstələyib.
Gümüş medalı gürcü atlet Georgi Çxeidze boynundan asıb. O, toplam 368 kq (165+203) nəticə və 395.18 xalla ikinci pillədə qərarlaşıb. Bürünc medal isə azərbaycanlı Kənan Əliquliyevə qismət olub. O, toplam 282 kq (123+159) və 364.54 xalla fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Yarışın keçirilməsində məqsəd Milli Qəhrəman Fəxrəddin Şahbazovun timsalında vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, Şahbazovun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, yerlərdə ağır atletika idman növünün təbliğ və inkişaf etdirməsi, ən güclü idmançıların aşkar olunması, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.
Yarışın hazırlanması, təşkili və keçirilməsinə ümumi rəhbərlik Azərbaycan Ağır Atletika Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən həyata keçirilir. Turnirin bilavasitə keçirilməsi təsdiq edilmiş baş hakimlər kollegiyasına həvalə olunur.