şənbə, 17 yanvar 2026

BİZİM FUTBOL

Buffon "qoca sinyor"la 600-cü matçına çıxır

22.12.2016 17:32 Oxundu 2024

"Yuventus"un qapıçısı və kapitanı Canluici Buffon Dohada keçiriləcək İtaliya Superkuboku uğrunda oyun ərəfəsində, "Milan"la bağlı təəssüratlarını bölüşüb. Qeyd edək ki, sabahkı oyun Buffonun "qoca sinyora"nın formasında 600-ci matçı olacaq: "Sabah mən "Yuventus"un heyətində 600-ci oyunumu keçirəcəyəm? Buna şadam, amma bu mənim son oyunum olmayacaq. Motivasiya əvvəlki kimi qalır, mən də qələbə qazanmaq istəyirəm. Biz rəqibə hörmət edirik, "San-Siro" üçün bu mövsümdə biz artıq güzəştə getmişik. "Yuventus"a gəldikdə... Mənə bu komandanın bir hissəsi olmaq xoşdur".

"Milan"-"Yuventus" oyunu Bakı vaxtı ilə 20:30-da başlayacaq.