şənbə, 17 yanvar 2026

DİGƏR NÖVLƏR

ABU-nun “Çelenc Cup”da oyunlarının vaxtı müəyyənləşib

22.12.2016 17:46 Oxundu 2022

Bakının qadın həndbolçulardan ibarət ABU klubunun “Çelenc Cup” turnirinin səkkizdəbir final mərhələsindəki oyunlarının vaxtı müəyyənləşib. ABU komandası “Kram Start Elblaq” klubu ilə hər iki oyununu Polşada keçirəcək. Qarşılaşmalar gələn il fevralın 10-da və 11-də oynanılacaq.

İlk oyunda Rəfiqə Şabanovanın komandası nominal meydan sahibi kimi çıxış edəcək.

Xatırladaq ki, hənbolçularımız III təsnifat mərhələsində Belçikanın “Femina Vize” klubunu mübarizədən kənarlaşdırıblar.