22.12.2016 18:05
2047
2047
Almaniyanın “Borussiya” (Mönhenqladbax) klubunun yeni baş məşqçisi müəyyənləşib. "Volfsburq” komandasının sabiq çalışdırıcısı Diter Xekkinq Mönhenqladbax təmsilçisinin sükanı arxasına gətirilib. O, bu postda ötən gün istefaya göndərilən Andre Şuberti ("Borussia" Bundesliqanın 16-cı turunda "Wolfsburg"a uduzandan sonra (1:2) rəhbərlik Andre Şuberti istefaya göndərməyi qərara almışdı) əvəzləyib. Diter Xekkinq klubla 2019-cu ilə kimi müqavilə imzalayıb.
Məlumat üçün qeyd edək ki, almaniyalı mütəxəssis bundan əvvəl çalışdırdığı “Volfsburq” ilə UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinədək irəliləyib.