bazar, 12 iyul 2026

DÜNYA FUTBOLU

“Borussiya Dortmund” ən yaxşı dəstəklənən klubdur

23.12.2016 06:50 Oxundu 2087

ABŞ-ın nüfuzlu CNN telekanalı 2015-2016-cı il mövsümündə dünyanın ən yaxşı dəstəklənən klublarının siyahısını açıqlayıb. İlk pillənin sahibi 80,761 nəfər orta göstərici ilə Almaniyanın “Borussiya Dortmund” futbol komandasıdır.

Siyahıda sonrakı yerləri “Barselona” (İspaniya), “Mançester Yunayted” (İngiltərə), “Bavariya” (Almaniya) və “Real Madrid” (İspaniya) klubları tutur.