2053
“Ədalətli nəticə oldu, layiqli qələbə qazandıq. Rəqibi ilk dəqiqələrdən təzyiq altında saxladıq”. Bu sözləri “Boavişta”nın baş məşqçisi Migel Leal Portuqaliya çempionatının 15-ci turunda səfərdə “Nasional”a qalib gəldikləri oyundan (2:0) sonra yerli jurnalistlərə açıqlamasında deyib. O, millimizin üzvü Emin Mahmudovun 11-ci dəqiqədə vurduğu qolun əhəmiyyətindən danışıb: “Vurduğumuz erkən qol bizdə qələbəyə inam yaratdı. Mümkün qədər irəliləmək istəyirik. Əsas məqsədimiz Premyer Liqadakı yerimizi möhkəmlətmək və Avrokuboklara vəsiqə qazanmaqdır. Təbii ki, bunun üçün əzmlə çalışmaq lazımdır”.
Qeyd edək ki. Portuqaliya Premyer Liqasında XV turunda milli oyunçularımız Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi “Boavişta” da növbəti matçına çıxıb. Həmyerlilərimizin komandası səfərdə “Nasional”la qarşılaşıb. Görüş "damalılar"ın qələbəsi ilə yekunlaşıb.
Hər iki futbolçumuz matça start heyətində başlayıb. Oyunda hesabı Emin açıb. O, 11-ci dəqiqə fərqlənib. 39-cu dəqiqə sarı vərəqə ilə cəzalanan Mahmudov 62-ci dəqiqədə isə zədələnərək yerini komanda yoldaşına verib.Kamran Ağayev isə 90 dəqiqə meydanda olub və 69-cu dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.Qeyd edək ki, bu qələbə ilə hesabında 17 xal olan "Boavişta" turnir cədvəlinin 9-cu pilləsinə yüksəlib.
Portuqaliya Premyer Liqası
XV tur
22 dekabr
“Nasional” – “Boavişta” - 0:2
Qollar: Emin Mahmudov, 11, Santos, 33