şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

Valeri Qazzayev narahatdır

23.12.2016 10:37 Oxundu 1992

MOİK və Rusiya yığmasının sabiq baş məşqçisi Valeri Qazzayev böhranla əlaqədar Rusiya futbolunun ciddi islahatlara ehtiyacı olduğunu söyləyib. Qazzayev deyib: "Bu gün Rusiya futbolu durğunluqdadır. Onu isə bu vəziyyətdən yalnız islahatlarla çıxarmaq olar".

Qeyd edək ki, bu günlərdə FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Bu cədvələ görə Rusiya millisi FİFA-nın reytinq cədvəlində 1 pillə geriləyib. Aktivində 592 xalı ola ruslar 55-ci pillədən 56-ci yerə enib. Bununla Rusiya tarixində ilk dəfə FİFA-nın reytinqində bu qədər aşağı pilləyə enib. Bundan əvvəlki antirekord noyabrda 55-ci pillə, 1998-ci ildə isə 40-cı pilləyə enmək olub.

Məlumat üçün bildirək ki, FİFAnın reytinqinə 1634 xalla Argentina millisi başçılıq edir. 1544 xala sahib Braziliya ikinci, Almaniya isə 1433 xalla üçüncüdür.