şənbə, 17 yanvar 2026

BİZİM FUTBOL

Kamran Quliyev AFFA Klublar Komitəsinin sədri seçildi

23.12.2016 10:45 Oxundu 2082

AFFA Klublar Komitəsinin (KK) yeni sədri müəyyənləşib. Buna komitənin bu gün baş tutan iclasında aydınlıq gəlib.“Boulevard Hotel Baku” otelində keçirilən toplantıda səsvermə jurnalistlər üçün açıq olub. Topaz Premyer Liqasında çıxış edən 8 klubun nümayəndəsinin iştirakı ilə keçirilən səsvermənin yekununda “Sumqayıt”ın prezidenti Kamran Quliyev KK-nın yeni sədri seçilib. O, bu vəzifədə AZAL-ın vitse-prezidenti Fikrət Hüseynovu əvəz edib. Quliyev 7 səslə buna layiq görülüb. Yeni sədr ümidləri doğrultmağa çalışacağını söyləyib: "Çox məsuliyyətli işdi. Mən sizlərdən biriyəm, hamımız futbol ailəsinin üzvüyük. Klublar Komitəsi bu vaxta qədər xeyirli qərarlar qəbul edib. İstəyirik ki, işimiz daha effektli olsun, klubların problemlərini yenə qaldıraq, həllinə nail olaq".

Qeyd edək ki, 2014-cü ilin dekabrından fəaliyyət göstərən AFFA Klublar Komitəsinə 2015-ci ildə “Xəzər Lənkəran”ın sabiq vitse-prezidenti Tuyqun Nadirov, 2016-cı ildə isə Fikrət Hüseynov rəhbərlik edib.