23.12.2016 15:18
2670
2670
Bu gün Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının (UGFF) növbəti Hesabat-Seçki Konfransı keçirilib. AFFA-nın I vitse-prezidenti, millət vəkili Rauf Əliyev səsvermə yolu ilə yekdilliklə federasiyanın prezidenti vəzifəsinə seçilib.
Konfransda gənclər və idman naziri Azad Rəhimov, AFFA-nın baş katibi Elxan Məmmədov və digər şəxslər iştirak edib.
Qeyd edək ki, UGFF-nın keçmiş prezidenti mərhum Mirkamil Rəhimov olub.