23.12.2016 16:00
2087
2087
“Volfsburq”un futbolçusu Yulian Draksler karyerasını PSJ-də davam etdirəcək.Artıq futbolçunun keçidi haqda klublar arasında razılıq əldə olunub. 23 yaşlı yarımmüdafiəçinin transfer üçün Paris klubu qarşı tərəfə 35 milyon avro ödəyəcək. Almaniya millisinin üzvü ilə yaxın günlərdə müqavilə imzalanacağı bildirilir.
Qeyd edək ki, Draksler ötən il “Şalke”dən “Volfsburq”a transfer olunub.