2005
İngiltərə Premyer Liqasında XVII turunda lider "Çelsi" "Kristal Palas"la üz-üzə gəldi. Dieqo Kostanın yeganə qolu sayəsində ardıcıl 11-ci qələbəsini qazanan "zadəganlar" aradakı xal fərqini qorudu. Hazırda bu komandanın 43 xalı var. İkinci yerdə isə 37 xalla "Liverpul" qərarlaşıb.
"Çelsinin" baş məşqçisi Antonio Konte mövsümün əvvəlində komandasının lider olacağına az adamın inandığını söyləyib: "Mövsümün əvvəlində bir kimsə "Çelsi"nin lider olacağını proqnozlaşdırmamışdı. Bunun da səbəbləri vardı - heyət, demək olar ki, ötən mövsümdəki heyət idi... İndi qəzetləri açanda görürsən ki sənin komandan İngiltərə Preymyer Liqasının lideridir - bu fantastikadır. Əgər məndən də soruşsaydılar, buna inanmağım gəlməzdi. Bəli, biz klub və oyunçularla doğru balans yarada bildik. Liderlik isə komandanın oyunçularının xidmətidir".