23.12.2016 17:22
2073
2073
Dövlət başçısı İlham Əliyev Azərbaycanın olimpiya çempionları üçün Prezidentin xüsusi olimpiya təqaüdünün məbləğinin artırılması haqqında Fərman imzalayıb. Azərbaycanın olimpiya çempionlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Prezidentin xüsusi olimpiya təqaüdünün məbləği artırılaraq 1300 manat müəyyən edilib.
Qeyd edək ki, bu Fərmana qədər təqaüd 1000 manat təşkil edirdi.
Fərman 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.