2078
"Qəbələ" ardıcıl ikinci dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla böyük uğura imza atdı. Həmçinin ötən ildən fərqli, bu mövsüm çempionatda daha uğurlu çıxış edirik. Sözsüz ki, Avroliqada qrupa düşdükdən sonra daha yaxşı nəticələr gözləyirdik. Amma bəzi səbəblər buna mane oldu. Ehtiyat oyunçular skamyasının qısa olması və digər səbəblərdən istədiyimiz qədər xal toplaya bilmədik. Ümumilikdə, "Qəbələ"nin il ərzindəki çıxışını uğurlu hesab edirəm. Ümid edirəm ki, bunu növbəti ildə də davam etdirərik". Bu sözləri "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Klublar Komitəsinin bu gün keçirilən iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Qəbələ" iki ildi Avroliqadakı ev oyunlarını Bakıda keçirir. Qəbələdəki yeni stadionun inşası ilə bağlı son durum nə yerdədi?" sualını isə o belə cavablandırıb: "Kaş, bu suala müsbət cavab verə bilərdim. Təəssüf ki, gözləmədiyimiz şəkildə işimiz tam sürətlə getmədi. Növbəti mövsümdə də avrokuboklardakı ev oyunlarımızı Qəbələdə keçirməyimiz gözlənilmir".