2403
Dekabrın 23-də Azərbaycan Cüdo Federasiyasının təşkilatçılğı ilə keçirilən Azərbaycan çempionatına yekun vurulub.Bakı İdman Sarayında təşkil olunan yarışın ikinci günündə 5 çəki dərəcəsində qaliblər mükafata layiq görülüb.
Qadınlar arasında yarışlar başa çatdığından yalnız kişi cüdoçular mübarizə aparıblar. Elvin Mustafayev (73 kq), Tofiq Səfərli (81), Abdulhaq Rəsullu (90 kq), Cəlil Şükürov (100 kq) və Uşanqi Kokauri (100 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Mükafatlandırma mərasimində Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, veteran cüdoçular və Olimpiya mükafatçıları, tanınmış idman xadimləri iştirak ediblər. Qaliblərə medallar, fəxri diplomlar və pul mükafatları təqdim olunub.
Ümumilikdə, yarışda 48 klubdan 366 cüdoçu (315 kişi, 51 qadın) qüvvəsini sınayıb. İki gün davam edən respublika çempionatının qalibləri milli komandamızın növbəti təlim-məşq toplanışına dəvət olunublar.
|
Oğlanlar |
|||||||
|
-73 |
kq |
-81 |
kq |
||||
|
1. 2. 3. 3. |
Elvin Mustafayev Telman Vəliyev Zülfiqar Quliyev Hüseyn Rəhimli |
· Atilla İKİB · Neftçi · Atilla İKİB · FHN |
1. 2. 3. 3. |
Tofiq Səfərli Rüfət İsmayılov Vüqar Bayramov Tural Hüseynov |
· Judo 2012 · Qəbələ (Bakı) · Atilla İKİB · Atilla İKİB |
||
|
-90 |
Kq |
-100 |
kq |
||||
|
1. 2. 3. 3. |
Abdulhaq Rəsullu Aslan Mirzəyev Azər Yaqubov Ziya Namazov |
· Neftçi · Neftçi · Neftçi · Judo 2012 |
1. 2. 3. 3. |
Cəlil Şükürov Sənan Əhmədov Cəfər Əkbərli Ruslan Aslanov |
· Qəbələ (Bakı) · İOEUGİM (Sum.) · Atilla İKİB · Qəbələ (Bakı) |
||
|
+100 |
kq |
|
|||||
|
1. 2. 3. 3. |
Uşanqi Kokauri Şahin Qəhrəmanov Şamili Qoqotçuri İsa Hüseynov |
· Qəbələ (Bakı) · Neftçi · Atilla İKİB · Atilla İKİB |
|||||