şənbə, 17 yanvar 2026

DİGƏR NÖVLƏR

Ağır atletika üzrə beynəlxalq turnirə yekun vurulub

23.12.2016 21:18 Oxundu 2308

Ağır Atletika Akademiyasının yarış zalında keçirilən “Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş” ağır atletika üzrə beynəlxalq turnir başa çatıb.

Körpücüyə son olaraq veteran atletlər çıxıbılar. Ustadların yarışında qızılı medalı Salih Süvar əldə edib. 68 yaşlı türkiyəli atlet toplam 212 kq (95+117) çəkini ram edərək 435.75 xal toplayb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Gümüş medalı isə Azrbaycan təmsilçisi Vladimir Jilyayev qazanıb. O, toplam 213 kq (92+121) nəticə və 432.63 xalla ikinci pillədə qərarlaşıb. Bürünc medal isə israilli Tolik Muşikə qismət olub. O, toplam 285 kq (130+155) və 364.46 xalla fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Xatırladaq ki, sayca 16-cı dəfə təşkil olunan turnir artıq ikinci dəfədir beynəlxalq statusda keçirilib. Yarışın təşkilində məqsəd Milli Qəhrəman Fəxrəddin Şahbazovun timsalında Vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, F.Şahbazovun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, ağır atletikanın təbliği və inkişaf etdirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması olub.

Turnirdə ümumilikdə 13 ölkədən atletlər mübarizə aparıb.