24.12.2016 11:03
1965
1965
"Mançester Yunayted"in hücumçusu Runi də Çin komandalarının birində fəaliyyətini davam etdirə bilər. Məlumata görə, Çinin iki komandası "Quançju Everqrand" və "Beytszin Qoan" onunla maraqlanır. Hər iki klub mövsümün sonunda onu öz heyətində görməyə hazırdır. Çində Runi həftədə təxminən 820 min avro qazana bilər.
Qeyd edək ki, cari mövsümdə Runi 17 çempionat matçında və Avropa Liqasında çıxış edib və 3 qola imza atıb.