1979
Xəbər verdiyimiz kimi, İtaliya superkubokunu "Milan" qazanıb (Qətərin Doha şəhərində keçirilən görüşün taleyi penaltilərdə həll olunub. "Yuventus" - "Milan" 1:1 pen-3:4) Təbii ki, bu uğurda "Milan"ını 17 yaşlı qapıçısı Canluici Donnarummanın da rolu olub. O, bu qələbədən sonra "Milan"ın emblemini öpüb. Buna isə belə aydınlıq gətirib: "Emblemi öpmək? Mən "Milan"a bağlıyam. Hələ uşaqlıq illərimdən bu komandanın emleminin rənglərinin vurğunuyam. "Milan"ın formasını geyinmək mənim üçün şərəfdir".
Qeyd edək ki, o, bu ilin sentyabr ayında İtaliya millisində debüt edib. 17 yaşlı futbolçu Fransaya qarşı keçirilən yoxlama oyununda meydana çıxıb. Bununla da Donnarumma "Skuadra Adzurra"nın tarixində meydana çıxan ən gənc qapıçı olub. Maraqlıdır ki, "Milan"ın qolkiperi Fransa ilə görüşdə əvəzlədiyi Canluici Buffonun İtaliya millisindəki debütundan 16 ay sonra dünyaya gəlib.