şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

"Barselona"nın azarkeşləri təlaş içindədirlər

24.12.2016 12:55 Oxundu 1824

"Barselona"nın azarkeşləri ciddi təlaş içindədirlər. Bu, klubun Messi ilə dil tapıb onunla müqavilənin müddətinin uzadılmaması ilə bağlıdır. İspaniya mətbuatı da bir tərəfdən oda yağ tökməklə məşğuldur. Yəni yazır ki, "Barselona" Messiyə tələb etdiyi vəsaiti vermir, elə bu səbəbdən o, Çinə üz tuta bilər.

Amma "Barselona"nın oyunçusu Neymar jurnalistlərə verdiyi açıqlamasında hamını sakitləşdirməyə çalışıb: "Biz ümid edirik ki, Messi "Barselona"da qalacaq, bizimlə birlikdə çıxış edəcək. Mən əminəm ki, yaxın vaxtlarda o, yeni müqavilə imzalayacaq".

Xatırladırıq ki, Messinin klubla mövcud sazişi 2018-ci ilin yayında başa çatır.