24.12.2016 14:25
1917
1917
FIFA yalnız komanda kapitanlarının hakimlərlə danışa biləcəyinə dair qaydanı müzakirə edir.Bunu FIFA-nın Texniki inkişaf direktoru Marko Van Basten deyib. Onun sözlərinə görə, belə bir qayda reqbidə mövcuddur, orada hakimə komandanın kapitanı müraciət edə bilər. M. V. Basten qeyd edib ki, hazırda oyun zamanı şikayət edən çox futbolçu var: “Əminəm ki, futbolçuların davranışı daha yaxşı ola bilər. Fikrimcə, hər bir idman növündən faydalı bir şey götürə bilərik və onlar da bizdən öyrənə bilərlər, lakin biz bu problemlə mübarizə aparmalıyıq”.