24.12.2016 18:12
1974
1974
Milanın “İnter” komandasının braziliyalı futbolçusu Felipe Melo vətəninə qayıdır. Uzun müddətdir yeni klub axtaran F. Melo Braziliyanın “Palmeyras” komandası ilə razılığa gəlib. Futbolçu müqavilənin dəyərini müzakirə etmək üçün gələn həftə vətəninə gedəcək.”Qalatasaray” 2015-ci ilin avqustunda yarımmüdafiəçini 3,7 milyon avroya “İnter”ə satmışdı. 33 yaşlı F. Melo İtaliyada ildə 2,6 milyon avro məvacib alır.