şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

"Tevesin keçidi mənim üçün sürpriz oldu"

25.12.2016 08:53 Oxundu 1878

"Şanxay Şenxua"nın baş məşqçisi Qustavo Poyet "Boka Xuniors"un oyunçusu Karlos Tevesin keçidini şərh edib: "Karlos bizim üçün əsas oyunçu olacaq. O, meydanda rəngarəng hərəkət edə bilən futbolçudur. Onun alınması mənim üçün sürpriz oldu. Mən onun bizim komandaya gələcəyini heç bilmirdim. Çünki onunla danışıqlar çox ləng gedirdi. İndi klub rəhbərliyi mənə dedi ki, Karlos tezliklə gələcək, amma o hələ də gəlməyib. Mən onun telefonu nömrəsini verməyə söz veriblər, amma hələlik bunu da etməyiblər".