şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

"San-Paulu" Maurisioya maraq göstərir

25.12.2016 09:07 Oxundu 1796

Braziliyanın "San-Paulu" klubu "Zenit"in yarımmüdafiəçisi Joze Maurisionu öz heyətinə qatmaq niyyətindədir. Mənbənin məlumatına görə, yaxın günlərdə bununla bağlı klub Sankt-Peterburqun "Zenit"inə rəsmi müraciət göndəriləcək. 28 yaşlı braziliyalının "Zenit"lə müqaviləsi 2019-cu ilin yayında başa çatacaq.

Qeyd edək ki, Maurisio Braziliyada peşəkar karyerasına başlayıb. "Fluminense", "Korintians" kimi klublarda çıxış edib. Yarımmüdafiəçi 2010-ci ildə Rusiyaya gəlib. Beş mövsümdə "Terek"in heyətində meydana çıxıb. 2016-ci ildə "Zenit"in oyunçusu olub.

O, cari mövsümdə "Zenit"də 13 oyun keçirib.