25.12.2016 09:40
1905
1905
Fransa qəzeti "LEquipe" Avropada ən yüksək ödənişli məşqçilərin reytinqini dərc edib. Siyahıda ilk yeri Luis Enrike ("Barselona") tutur. Onun aylıq qazancı vergilər çıxıldıqdan sonra 1,56 milyon avro təşkil edir. Xosep Qvardiola ("Mançester Siti") 1,48 mln. avro, Joze Mourinyo ("Mançester Yunayted") isə 1,36 mln. alır.
Ayda 449 min avro maaş alan "Real"ın baş məşqçisi Zinəddin Zidan isə siyahıda 9-cudur.