25.12.2016 10:13
1957
1957
"Bavariya"nın hücumçusu Robert Levandovski Münhen klubunun hazırkı çalışdırıcısı Karlo Ançelotti ilə 2013-cu ilin iyunundan 2016-ci ilin mayına qədər bu postu tutan Xosep Qvardiolanı müqayisə edib. O deyib: "Qvardiola taktika ustası idi, bəzən də oyunların gedişatında səbrsiz görünürdü. Ançelotti məşq prosesinə başqa cür yanaşır. O, futbolçulara meydanda daha çox seçim azadlığı verir. Ötən mövsümləri biz yaxşı oynadıq, lakin ən vacib mərhələdə gücümüz tükəndi. Niyə, bunu bilmirəm. Amma ümidvaram ki, mövsümün sonuna qədər biz tam formada olacağıq".