1792
"Kristal Pelas"ın yeni baş məşqçisi Sem Ellardays bu ilin sentyabrında İngiltərə yığmasından istefaya göndərilməsindən sonra gücləndiyini söyləyib: "Düşünürəm ki, mən yaxşı təcrübə topladım. Hər bir insan öz səhvlərini təkrarlamamağı, düşdüyü ağır vəziyyətdən çıxmağı və daha da güclü olmağı bacarmalıdır. İnsan özünə baxmalı, etdiklərini başqasının boynuna qoymağa çalışmamalıdır. Düzü, həmin qalmaqal mənə böyük zərbə oldu, amma mən daha da güclü oldum".
Qeyd edək ki, Sem Ellardays cəmi 67 gün İngiltərə yığmasının baş məşqçi postunda çalışıb. O, korrupsiya qalmaqalı üzündən istefaya göndərilib.
Onu da qeyd edək ki, "Kristal Pelas" 62 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb. Ellardays dekabrın 26-da "Watford"a qarşı keçiriləcək matçda yeni klubunda debüt edəcək. "Crystal Palace" 17 turdan sonra 15 xalla turnir cədvəlində 17-cı sırada qərarlaşıb