şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

Emin Mahmudov: "Bəlkə də, "Spartak"a tez getmişdim"

25.12.2016 15:07 Oxundu 1847

"18 yaşım vardı. Oynamaq istəyirdim. "Tom"a icarəyə getdim. Bu, karyeramda geriyə addım oldu. Amma özüm günahkaram. Bəlkə də, "Spartak"a tez getmişdim. Bacardığım kimi oynaya bilmədim". Bu sözləri Azərbaycan millisi və "Boavista"nın yarımmüdafiəçisi 24 yaşlı Emin Mahmudov 2011-ci ildə "Saturan"dan "Spartak"a keçməsi barədə sualı cavablandırarkən deyib. "Moskva klubuna keçdiyinə görə peşmansınız?" sualına isə Azərbaycan millisi və "Boavista"nın yarımmüdafiəçisi Emin Mahmudov belə cavab verib: ""Spartak"a hər adamı çağırmırlar. Orada oynamaq arzusunda olanlar var".

Qeyd edək ki, "Boavista"da çıxış edən Emin bu mövsümdə "Nacional"la oyunda fərqlənib və bir qol vurub.