26.12.2016 06:51
1867
1867
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən keçirilən sorğunun qalibi “Bavariya”nın qapıçısı Manuel Noyer olub. O 2016-cı ilin ən yaxşı qapıçısı seçilib. 56 ölkədən jurnalistlərin və idman mütəxəssislərinin iştirak etdiyi sorğuda 156 xal toplayan 30 yaşlı Noyer ardıcıl dördüncü dəfə hamını üstələyib.İtaliya millisinin və “Yuventus”un qapıçısı Canluici Buffon isə 91 xalla ikinci olub. Portuqaliya milli komandasının və “Sportinq”in qapıçısı Rui Patrisio isə 50 xalla üçüncü olub.