1823
"Çelsi"nin hücumçusu Pedro bildirib ki, komandanın baş məşqçisi Antonio Konte onları bu mövsüm İngiltərə çempionu olacaqlarına inandırmağa çalışır: "Mən Xosep Qvardiola və Visente del Boske kimi bir çox məşhur məşqçilərlə çalışmışam. Amma Konte məni çox təəccübləndirdi. O qısa zamanda komandanı toparlamağı bacardı. O, futbolçulara özlərinə inam aşıladı və ondan sonra biz qələbələri sıraladıq. O, İngiltərə çempionu ola biləcəyimizə bizi inandırıb. Unutmayın ki, komandada inam əsas elementlərdən biridir. "Çelsi"də hər kəs bir-birinə etibar edir, inanır. Bu isə komandada qarşılıqlı fəaliyyət üçün çox vacibdir".
"Çelsi" İngiltərə çempionatında keçirdiyi 17 turun nəticələrinə görə, "Liverpul"u 6 xalla qabaqlayaraq turnir cədvəlinə başçılıq edir (43 xal).