26.12.2016 08:15
1741
1741
"Fulhem", "Tottenhem" kimi klubların da şərəfini qorumuş futbol üzrə ABŞ millisinin və "Sietl Saunders" klubunun 33 yaşlı hücumçusu Klint Dempsi karyerasını bitirə bilər. Bu onun ürəyində yaranmış problemlə bağlıdır. Bu barədə MLS təmsilçisinin baş direktoru Qart Laqerui məlumat verib: "Hazırda biz onun karyerasını davam etdirib-etdirməyəcəyini bilmirik, ancaq böyük ehtimalla Klint futbolla vidalaşacaq".
Qeyd edək ki, Klint ürəyində olan problemə görə bir müddətdi yaşıl meydanlardan kənarda qalıb. O, sonuncu dəfə bu ilin avqust ayında meydana çıxıb.