26.12.2016 08:36
1795
1795
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola qış transfer dönəmində komandasına "Sautqempton"un mərkəz müdafiəçisi Virqil van Deykin keçmək ehtimalı olmadığını söyləyib: "Gələn ay bu olmayacaq, bu mümkün deyil. Yeri gəlmişkən biz apreldə "Sautqempton"la qarşılaşacağıq. Deyk də bu komandanın oyunçudur və o indi bizə lazım deyil. Digər transferlərə gəldikdə isə...ona da hələ müsbət cavab verə bilmərəm. Amma ola bilsin ki, gələn həftə biz başa düşəcəyik ki, hansı mövqedə bizə oyunçu daha çox lazımdır".
Qeyd edək ki, bir müddət öncə "Sautqempton" Deyki "Mançester Siti" yə 60 milyon funt müqabilində satmağa hazır olduğunu bildirmişdır.