şənbə, 17 yanvar 2026

BİZİM FUTBOL

“Ruhlar şəhərinin komandası”

26.12.2016 10:51 Oxundu 1916

İspaniyanın məşhur “El Pais” qəzetində “Ruhlar şəhərinin komandası” sərlövhəli məqalə dərc olunub. azertac-ın məlumatına görə, məqalədə deyilir ki, “Qarabağ” klubu Ermənistan ilə Azərbaycan arasında baş verən müharibə nəticəsində 20 ildən artıqdır öz doğma meydanında oynaya bilmir.

Yazıda Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmova istinadən Ağdam və Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu, münaqişə nəticəsində 1 milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrildiyi qeyd edilir.

Məqalədə həm də “Qarabağ” klubunun məşqçi korpusunun üzvü olan ispaniyalı mütəxəssis Ruben Sellesin də fikirləri yer alıb. O, bu klubun tarixindən və müasir dövrdəki uğurlarından söz açıb.