şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

"Şaxtyor" Seleznyovun gedişini təsdiqlədi

26.12.2016 11:15 Oxundu 1907

"Şaxtyor"un hücumçusu Yevgeni Seleznyov komandanın düşərgəsini tərk edib. O, karyerasını "Karabükspor" da davam etdirəcək. Bu barədə "Şaxtyor" klubundan məlumat verilib.

Məlumata görə, hücumçu bu ilin may ayında Donetsk klubunun düşərgəsinə qayıdıb və ikiillik müqavilə bağlayıb. Seleznyov "Şaxtyor"da 74 oyun keçirib və 30 qol vurub. O bu komandanın tərkibində dörd mükafat qazanıb. Klubun rəsmi saytında daha sonra deyilir: "Şaxtyor" Seleznyova uğurlar diləyir və gələcək karyerasında yeni titullar arzulayır".