şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

Prezident Dieqo Simeone ilə bağlı sözünü dedi

26.12.2016 11:32 Oxundu 1782

Madrid "Atletiko"nun prezidenti Enrike Sereso komandanın baş məşqçisi Dieqo Simeone ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Qeyd edək ki, KİV artıq dəfələrlə bəyan edib ki, argentinalı mütəxəssis cari mövsümün sonunda "Atletiko"nu tərk edə bilər. Doğrudur, Simeone özü bu xəbəri təsdiq etməyib. Prezident deyib: "Hər kəs düşündüyünü dilə gətirə bilər. Amma Simeone "Atletiko"da çalışır. Yəni Simeone bizimlə, biz də onunlayıq. Onun klubla müqaviləsi var, sazişin şərtlərini də yerinə yetirmək lazımdır. "Atletiko" Simeone həqiqətən sevir və işini günün tələbləri səviyyəsində qurmağa kömək edir".

Deyilənlərə görə, "İnter" Simeoneylə daha çox maraqlanır.