26.12.2016 11:38
1976
1976
2016-cı ilin ən güclü futbol hakiminin adı müəyyənləşib. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən keçirilən sorğunun qalibi Mark Klattenburq olub. 56 ölkədən olan jurnalist və idman mütəxəssislərinin iştirak etdiyi sorğuda ingilis referi 141 səs toplayıb. O, ən yaxın izləyicisi olan italiyalı Nikola Ritsolini 76 səs qabaqlayıb. Üçüncü yerə isə macar hakim Viktor Kaşşai layiq görülüb – 55 səs. Türkiyəli FİFA referisi Cüneyt Çakır 28 səslə 5-ci pillədə qərarlaşıb. İlin ən güclü qadın futbol hakimi də bilinib. Macarıstanlı Katalin Kulçsar 58 səslə birinci olub. 53 səs toplayan ukraynalı Katarina Monzul və Bibiana Steynhaus isə ikinci pilləni bölüşüblər.