26.12.2016 12:49
2820
2820
“Neftçi”nin yarımmüdafiəçisi Elşən Abdullayev karyerasını “Qarabağ”da davam etdirəcək. Bu barədə məlumatı verən Ağdam klubunun icraçı direktoru Əmrah Çəlikəl bildirib ki, Abdullayevlə münasibətlər artıq rəsmiləşdirilib. Bununla belə, Çəlikəl Elşənlə imzalanan sözləşmənin detalları barədə məlumat verməyib. Çəlikəl mövsümün sonunda "Qarabağ"la müqavilə müddəti bitəcək futbolçularla hələ danışığa başlamadıqlarını da əlavə edib: "Hazırda bütün oyunçular istirahətdədi. Bu məsələ ilə sonra məşğul olacağıq".