şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

"Futbolda "əgər" yoxdur"

26.12.2016 16:35 Oxundu 1722

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo itirilən xallarla bağlı suala açıqlama verib. Portuqaliyalı mütəxəssis deyib: "Buna müxtəlif şəkildə cavab verə bilərəm. Yəni əgər belə olsaydı, əgər belə olmasaydı... Futbolda əgər söhbəti yoxdur. Hətta əgər biz ev oyunlarında qalib gəlsəydik, indi turnir cədvəlində ikinci olardıq. Bütün bunlar vacib deyil. Heç belə şeylərə diqqət yetirmək də önəmli deyil. Biz indi reallığı əks etdirən yerdəyik. Şübhəsiz, daha yüksəkdə ola bilərdik, lakin bu, baş vermədi. Bir çox aspektlərdə inkişafa ehtiyacımız var"