bazar, 12 iyul 2026

DÜNYA FUTBOLU

"Barsa" "Valensiya"nın daha bir oyunçusunu almaq istəyir

26.12.2016 18:31 Oxundu 2028

“Barselona” heyətinə yeni futbolçu cəlb edəcək. İspaniya mətbuatının yaydığı xəbərə görə, Kataloniya klubu “Valensiya”nın müdafiəçisi Joao Kanselonu transfer etməyi planlaşdırır. Qeyd edək ki, 2015-ci ildən “Valensiya”da çıxış edən 22 yaşlı Kanselo Portuqaliya millisinin üzvüdür.