26.12.2016 18:39
2851
2851
Ölkə kubokunun ¼ final mərhələsində “Sumqayıt”la oyundan sonra “Qarabağ” istirahətə buraxılıb. Komanda Premyer Liqanın III dövrənin hazırlıqlarına Antalyada start verəcək. Yanvarın 5-də səfərə yollanacaq “Qarabağ” “IC Santaı” otelində məskunlaşacaq. “Qarabağ” bu müddətdə 4 yoxlama oyunu keçirməyi planlaşdırır.
“Qarabağ”ın yoxlama oyunlarının proqramı belədir:
15 yanvar 2017
19:30 “Qarabağ” – “Aşqabad” (Türkmənistan)
18 yanvar 2017
19:30 “Qarabağ” – “Styaua” (Buxarest)
22 yanvar 2017
17:30 “Qarabağ” – “Atırau” (Qazaxıstan)
19:30 “Qarabağ” – “Termalitse” (Polşa)
Oyun saatlari Azərbaycan vaxtı ilə yazılmışdır.