şənbə, 17 yanvar 2026

BİZİM FUTBOL

"Qarabağ"la Namiq Ələsgərovun yolları ayrıldı

26.12.2016 21:14 Oxundu 1864

"Qarabağ"ımız futbolçusu Namiq Ələsgərov ilə qarşılıqlı anlaşmayla yollarını ayırıb. Bu barədə klubdan açıqlama yayılıb. Bildirilib ki, gənc yarımmüdafiəçi ilə klub arasında olan müqavilə qarşılıqlı razılaşma əsasında pozulub. Ona gələcək karyerasında uğurlar arzulanıb.Futbolçuya komandamızda göstərdiyi xidmətlərə görə təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayırıq.

Ağdam klubunun direktoru Əmrah Çəlikəl deyib ki, N.Ələsgərov bu gün "Neftçi" ilə 1.5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, N.Ələsgərov 2014-cü ildən "Qarabağ"da çıxış edirdi.