27.12.2016 07:19
1818
1818
"Arsenal”ın baş məşqçisi Arsen Venger, İngiltərə Premyer Liqasının 18-ci turunda dünən “Vest Bromviç” üzərində qazandıqları 1:0 hesablı qələbədən danışıb.Fransız mütəxəssis komandasının qələbəyə layiq olduğunu bildirib: " Rəqib qapısına xeyli zərbə endirirdik. Lakin bütün bunlar lazım olan qolu vurmağa kifayət etmirdi. Nəhayət ki, sona yaxın hava ötürmələrinin faydasını gördük. Son 2 oyunda uduzmuşduq. Ona görə də bu gün bizə 3 xal çox lazım idi”.