şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

Konte: "Çempion olmasaq rekordun heç bir əhəmiyyəti yoxdur"

27.12.2016 07:56 Oxundu 1687

Dünən İngiltərə Premyer Liqasının XVIII turunda "Çelsi" "Bornmut"u məğlub edib: 3:0. Bununla da "Çelsi" xallarının sayını 46-ya çatdırıb. Oyundan sonra ardıçıl 12-ci qələbəsindən söz açan "Çelsi"nin baş məşqçisi Antonio Konte deyib ki, güclü rəqiblə qarşılaşdıq: "Onlar bizə qarşı başqa bir taktikanı seçdilər. Amma biz belə taktikalara həmişə hazırıq. Eden, Pedro və Villian çox gözəl çıxış etdilər. "Kristal Pelas" ilə oyundan sonra demişdim ki, biz Dieqo və Kante olmadan da yaxşı oynamalıyıq. Mən onların hər birindən razıyam. Biz çoxlarına göstərdik ki, komandanın iki əsas oyunçusu olmayanda belə qalib gəlməyi bacarırıq. Biz 12 oyunda 36 xal qazanmışıq və turnir cədvəlində ilk yerdəyik. Məncə, çempion olmasaq, belə bir rekord göstəricinin heç bir əhəmiyyəti olmayacaq. Buna baxmayaraq, biz bu nailiyyətimizlə qürur duyuruq. Biz işimizi davam etdiririk və axıra qədər də mübarizə aparacağıq. İndi bizi "Stok Siti" ilə oyun gözləyir və bu, heç də asan olmayacaq".