1744
"Lokomotiv"in baş məşqçisi Yuri Syomin Aleksandr Səmədovun komandadan gedişi ilə bağlı təəssürratlarını bölüşüb.
- Birincisi, düşünmürəm ki, Səmədov inciyib. O, əsas heyətin futbolçusu olub, həmişə də oynayıb. Amma o, öz yolunu seçdi və getmək istədi. "Lokomotiv" də heç vaxt heç kimi zorla saxlamağa cəhd etmir. İndi də klub bu fikirdədir. Səmədovun öz fikirlərimi, öz məsləhətçilər var. O, "Loko"nu tərk etmək qərarı qəbul etdi. Klub onu müqavilədə qeyd olunmuş müvafiq vəsait məbləğində buraxır.
- Səmədovla sizin fikir ayrılığının səbəbi nədir?
- Aramızda heç bir fikir ayrılığı olmayıb! Səmədov "Lokomotiv"in liderlərindən sayılırdı, ona etibar edirdilər, həmişə də oyunlara çıxırdı. Ona qarşı heç bir iddiam da olmayıb. Əgər hansısa epizodlarda onun oyunu məni qane etmirdisə, təbii ki səhvlərini deyirdim. Məsələn, deyirdim ki, cərimə meydançasında fəal olmalısan. Başa düşə bilmirəm, o, niyə "Spartak"a keçmək istədi. Bu, yalnız onun qərarı idi. Müqavilədə isə belə bir maddə var: hər hansı klub onu müəyyən məbləğ, təxminən 5 milyon avro ödəməklə ala bilər.
- Bu pula onu götürərlər?
- Bu, artıq onun problemidir. O özü bu barədə qərar qəbul edib. "Lokomotiv" düşünə bilməz ki, onu keçidi baş tutacaq, ya yox. Biz bir oyunçuya görə öz siyasətimizi dəyişə bilmərik. Gedir, getsin. Vaxtilə İqnaşeviç, İvanoviç və başqaları da klubu tərk ediblər. Biz yolumuzu Səmədovsuz davam etdirəcəyik. Onun taleyi necə olacaq, mən artıq bilmirəm.
- Onun yolu 100 faiz bağlanıb?
- Geriyə yol ola bilməz, çünki o gedib.
- Əgər nəzəri cəhətdən "Spartaka" transfer baş tutmasa?
- Bu onun problemidir, bizim yox. Baş tutmasa, Səmədov başqa komanda axtarmalı olacaq.