şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

Dieqo Simeone birinci oldu

27.12.2016 10:52 Oxundu 1760

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2016-cı ilin ən yaxşı klub məşqçilərinin adlarını açıqlayıb. Qurumun rəsmi saytının verdiyi məlumata görə, 56 ölkədən olan jurnalist və idman mütəxəssislərinin iştirak etdiyi sorğunun nəticəsinə əsasən, "Atletiko"nun çalışdırıcısı Dieqo Simeone 1-ci olub. Zinəddin Zidan ("Real") 2-ci, Klaudio Ranyeri ("Lester") 3-cü pillədə qərarlaşıb.

İFFHS-in versiyasına görə, 2016-cı ilin ən yaxşı 10 klub məşqçisi aşağıda adları qeyd olunanlardır:

1. Dieqo Simeone ("Atletiko") - 113 xal
2. Zinəddin Zidan ("Real") - 108 xal
3. Klaudio Ranyeri ("Lester") - 86 xal
4. Pep Qvardiola ("Bavariya"/ "Mançester Siti") - 62 xal
5. Unai Emeri ("Sevilya", PSJ) - 38 xal
6. Luis Enrike ("Barselona") - 24 xal
7. Yurgen Klopp ("Liverpul" - 16 xal
8. Maurisio Pakettino ("Tottenhem") - 15 xal
9. Massimiliano Alleqri ("Yuventus") - 6 xal
10. Pitso Mosimane ("Mamelodi Sandaunz") - 5 xal

Qeyd edək ki, D.Simeonenin komandası ötən mövsüm Çempionlar Liqasında finala yüksəlib. Komanda həlledici görüşdə "Real"a uduzub. "Atletiko" ötən mövsüm La Liqanı isə 3-cü pillədə başa vurub.